Batareya və adapter barədə məlumat
Sizin cihaz təkrar doldurulan batareya ilə təchiz edilmişdir.
Bu cihazda istifadə olunması nəzərdə tutulan batareya
BL-4C. Nokia bu cihaza uyğun əlavə batareya modelləri
düzəldə bilər. Bu cihaz üçün aşağıdakı adapterlər nəzərdə
tutulmuşdur: AC-3 . Adapter modelinin dəqiq nömrəsi
ştepselin növündən asılı olaraq müxtəlif ola bilər. Ştepselin
variantı aşağıdakılardan birinə görə təyin edilir: E, EB, X, AR,
U, A, C, K və ya UB.
Batareya yüzlərlə dəfə doldurula və boşaldıla bilər lakin vaxt
keçdikcə batareya köhnəlir. Danışmaq və gözləmə
rejimlərinin vaxtı normal vaxtdan qısadırsa batareyanı
dəyişin. Yalnız Nokia tərəfindən təsdiq edilmiş
batareyalardan istifadə edin və batareyanızın doldurulması
üçün yalnız Nokia tərəfindən təsdiq edilmiş bu telefon üçün
nəzərdə tutulmuş batareya dolduran qurğuları istifadə edin.
10
Ümumi məlumat
Batareya ilk dəfə istifadə edilərkən və ya batareya uzun
müddət istifadə edilmədikdə enerji qurğusunu cihaza
birləşdirmək, sonra ayırmaq və batareyanın doldurulmasının
başlanması üçün təkrar birləşdirmək tələb oluna bilər.
Batareya tam boşaldıqda ekranda batareyanın doldurulması
indikatorunun peyda olması və ya zəng edilməsi üçün bir
neçə dəqiqə tələb oluna bilər.
Təhlükəsiz çıxarılma. Batareyanı çıxarmazdan əvvəl həmişə
cihazı söndürün və enerjı qurğusundan ayırın.
Düzgün doldurulma. Adapter istifadə edilmədikdə, onu
elektrik rozetkadan və telefondan ayırın. Tam doldurulmuş
batareyanı dolduran qurğuya birləşmiş saxlamayın, çünki
normadan artıq batareyanın doldurulması onun istehlak
müddətini qısalda bilər. İstifadə edilmədikdə tam
doldurulmuş batareya enerjisini vaxt keçdikcə itirir.
Kəskin temperaturdan çəkinin. Həmişə batareyanı 15°C və
25°C (59°F və 77°F) dərəcə arasında saxlamağa çalışın.
Kəskin temperaturlar batareyanın fəaliyyətini və ömrünü
azaldır. Batareyası isti və ya soyuq olan cihaz qaydasında
işləməyə bilər. Batareyanın iş keyfiyyəti donma nöqtəsindən
aşağıda olan dərəcələrdə xüsusilə məhdud olur.
Qısa qapanmaya səbəb olmayın. Təsadüfi qısa qapanma
dəmir pul, sıxac, və ya qələm kimi metal əşyalar birbaşa
batareyanın müsbət (+) və mənfi (-) terminalları ilə əlaqədə
olduqda baş verə bilər. (Bu batareyanın üzərində metal
zolaqlar kimi görsənir.) Bu, misal üçün, ehtiyat batareyasını
cibinizdə və ya pul kisəsində gəzdirdikdə baş verə bilər.
Terminalların qısa qapanması batareyaya və ya əlaqədə
olan əşyaya zərər verə bilər.
Tullama. Partlamağa səbəb ola biləcəyi üçün batareyaları
oda atmayın. Batareyaları yerli qaydalara müvafiq olaraq
məhv edin. Mümkün olduqda batareyanı təkrar emal etdirin.
Ev tullantısı kimi atmayın.
Sızma. Batareyaları sökməyin, kəsməyin, açmayın,
vurmayın, əyməyin və ya deşməyin. Batareya sızması baş
verərsə, batareya mayesinin dəriyə və ya gözlərə təmas
etməsindən çəkinin. Əgər bu baş verərsə, zərər görmüş
nahiyələri dərhal su ilə yuyun və ya tibbi yardım üçün
müraciət edin.
Zədələnmə. Batareyaya kənar əşyaları daxil etməyin,
batareyanı təmir etməyin, suya və ya digər mayelərə
salmayın. Batareyalar zədələnərsə, partlayışa səbəb ola
bilər.
Düzgün istifadə. Batareyanı yalnız müvafiq məqsəd üçün
istifadə edin. Batareyanın düzgün istifadə edilməməsi
yanğın, partlayış və ya digər təhlükələrə səbəb ola bilər.
Əgər cihaz və ya batareya sərt yerə düşsə və siz batareyanın
zədələndiyinə əmin olsanız, istifadə etmədən onu xidmət
mərkəzinə apararaq yoxladın. Heç vaxt zədələnmiş
batareya və ya batareyanı dolduran qurğu istifadə etməyin.
Onları kiçik uşaqların əli çatmadığı yerdə saxlayın.