Nokia 1202 - Orijinal holoqram

background image

Orijinal holoqram
1

Etiketdə olan holoqrama baxarkən siz bir bucaqdan

Nokianın birləşdirən əllər simvolunu, digər bucaqdan

isə Nokia Orijinal Aksessuarlar loqosunu görməlisiniz.

2

Holoqramı sol tərəfə əydikdə siz hər tərəfdə müvafiq

olaraq 1, 2, 3 və 4 nöqtə görməlisiniz.

Addımların müvəffəqiyyətli tamamlanması batareyanın

orijinallığının tam təsdiqi deyil. Əgər siz orijinallığı təsdiq edə

bilmirsinizsə və ya etiketinin üzərində holoqram olan Nokia

batareyanızın orijinal Nokia batareyası olduğuna dair sizdə

hər hansı şübhə varsa, siz onu istifadə etməkdən

çəkinməlisiniz və yardım üçün yaxınlığınızda olan rəsmi

Nokia xidmət mərkəzi və ya dilerinə müraciət edin.

Orijinal Nokia batareyaları haqqında daha ətraflı məlumat

üçün bax www.nokia.com/battery.