Cihazınızı qoruyun
Sizin cihaz əla keyfiyyətli dizayn və sənətkarlıq məhsuludur
və ehtiyatla qorunmalıdır. Aşağıda göstərilən təkliflər
zəmanətin əhatə etdiyi sahələrin qorunmasına yardım
edəcək.
•
Cihazı quru saxlayın. Çöküntü, nəmlik və bütün növ
maye və rütubətin tərkibində eletron sxemlərin
korroziyasına səbəb ola biləcək minerallar ola bilər.
Cihazınız yaş olduqda batareyanı çıxarın və onu
Cihazınızı qoruyun
11
yenidən yerinə yerləşdirənə qədər cihazın tam
qurumasını təmin edin.
•
Cihazı tozlu, kirli yerlərdə istifadə etməyin və
saxlamayın. Onun ayrıla bilən hissələri və elektron
komponentləri zədələnə bilər.
•
Cihazı yüksək və ya soyuq temperaturda saxlamayın.
Yüksək temperatur elektron cihazların istehlak
müddətini qısalda, batareyaları zədələyə və müəyyən
plastik hissələri əyə və ya əridə bilər. Cihaz soyuq
temperaturdan normal temperatura qayıtdıqda cihazın
içində nəmlik yarana bilər bə bunun nəticəsində
elektron sxemlərin plataları zədələnə bilər.
•
Cihazı yalnız bu təlimatda göstərilmiş qaydada açın.
•
Cihazı yerə salmayın, taqqıldatmayın və ya
silkələməyin. Kobud rəftar daxili montaj platasını və
dəqiq mexanika elementlərini qıra bilər.
•
Cihazın təmizlənməsi üçün sərt kimyəvi
preparatlardan, təmizləyici həlledicilərdən və ya güclü
tozlardan istifadə etməyin. Cihazın səthini təmizləmək
üçün yalnız yumşaq, təmiz, quru parçadan istifadə
edin.
•
Cihazı rəngləməyin. Rəng hərəkət edən hissələri
tıxaya və müvafiq əməliyyatlara mane ola bilər.
•
Yalnız təchiz və ya təsdiq edilmiş əvəzedici
antenalardan istifadə edin. Qadağan edilmiş
antenaların, modifikasiyaların və ya aksessuarların
istifadəsi sizin cihazı zədələyə bilər və radio
cihazlarının istifadəsini tənzimləyən qaydaların
pozulmasına səbəb ola bilər.
•
Batareyanı bağlı otaqda doldurun.
•
Saxlamaq istədiyiniz kontaktlar və təqvim qeydləri kimi
məlumatın ehtiyat nüsxəsini çıxarın.
•
Optimal iş rejimi üçün cihaz vaxtaşırı söndürülməlidir,
bunun üçün cihazı söndürün və batareyanı çıxarın.
Yuxarıda göstərilən bütün təkliflər eyni dərəcədə sizin
cihazınıza, batareyaya, adapterə və ya hər hansı
aksessuara şamil edilir.